BƏXTİYAR VAHABZADƏ – POEMALAR – Şəbi-hicran

Standard

bahtiyar Vahabzadə17

PROLOQ

Sən mənim ən böyük ustadım oldun,
Ey ana yurdumun böyük şairi.
Vətən göylərində güntək doğuldun,
İşığın bürüdü qərinələri.
Lalələr açıldı sinəndə qəmdən,
Əməllər, arzular şairisən sən!
Nə var belə, nə deyirsən,
Niyə belə titrəyirsən, ey qələm?
Mən elə bir kainata bu gün uçınaq istərəm
Ki, onun hər səyyarəsi böyük bir kainatdır.
Ey ilhamım, o əlçatmaz zirvəyə məni çatdır!
Ey qələmim, Günəş kimi alışaydın, yanaydın.
Sən ağacdan, kömürdən yox, poladdan yaranaydın.
Sürətini ildırımdan alaydın deyirəm ki,
Elə mühit dəryasına cummaq istəyirəm ki,
O dəryanın hər qətrəsi bir sənət incisidir.
Hər damlası atəş olub ürəkləri isidir.
Ey qələmim, Günəş kimi alışmasan, yanmasan,
Ey ilhamım, dərya kimi coşub dalğalanmasan,
O dəryanın sirlərini görə bilərsənmi sən?!
Dərya yarat o dəryanın kiçik qətrələrindən.
Onun hər bir təlatümü mənə tanışdır – dedim,
Qəvvas olub o dəryada mən çox üzmək istədim.
Batdım bircə damlasında, damlası da dərindir,
Burda fərman qəzəb dolu coşqun ləpələrindir.
Ləpələrin qucağında dolaşdım axşam-səhər,
Gözlərimi qamaşdırdı dibindəki incilər.
Dərk etmədim hikmətini, can heyrətdən uçundu,
Heyrətimin şaxtasında idrak dondu, nə dondu!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma