Bəxtiyar Vahabzadə – Ayrıldıq

Standard

bahtiyar Vahabzadə18

Ayrıldıq…güc gəldi bizə hücumlar,
Ayrıldıq,usanıb tənədən sözdən.
Bizdən razı qaldı yadlar,qohumlar,
Biz razı qalmadıq öz-özümüzdən…

Ayrıldıq…nəğməmiz qaldı yarımçıq,
Fikirlər pərişan,könüllər qırıq.
Ayrıldıq de harda ləngidi zaman..?
İndi nə sən sənsən,nə də mən mənəm…

Başımda tufanlar hayqırığından
Meyvəsi dəyməmiş tökülən mənəm.
Dağlara dırmanıb ardımca qoşdun,
Ozgə buludlara qarışan mənəm…

Taleyin hökmüylə sən çox vuruşdun,
Bu ağır hökm ilə barışan mənəm.
Döyən də,vuran da,yıxılan da mən,
Ayrıldıq…bilmədik neçin,nədən biz
Ayrıldıq…
Ayrılmaq istəmədən biz.
Yoxdur ürəyimdə sənə qəzəb,kin
Yadıma düşməyir bəd əməllərin
Nifrətsiz ayrılıq ayrılıq deyil.
Nifrətsiz ayrılıq ölümdən şirin.

Gülüm sevə-sevə ayrılırıq biz,
Ürək kökdən düşən tək simə bənzər.
Bizim gözü yaşlı bədbəxt eşqimiz
Atalı-analı yetimə bənzər.

Deyirəm unudum səni mən gərək.
Mümkünmü..?
Arzuya əməl tən gərək..!
Unuda bilməkçün səni, sevgilim,
Təzədən doğulum,təzədən gərək…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma