Leyla Faiqqızı – ÖLDÜRƏN MÜSƏLMAN, ÖLƏN MÜSƏLMAN

Standard

leyla faiqqızı4
Nəzər sal müsəlmanlar ölkəsinə,
Dünya səs verəydi fəryad səsinə
Nədir, yazıqların günahları, nə?
Öldürən müsəlman, ölən müsəlman…

Təbii fəlakətlər qalıb bir yana,
Dünyanı terrorlar boyayıb qana
İnsan necə qıyır adi insana?
Öldürən müsəlman, ölən müsəlman…

Misir, Əfqanıstan, Tunis, Liviya,
Fələstin, Pakistan, İraq, Suriya,
“İnqilab” meydanı olub bu dünya,
Öldürən müsəlman, ölən müsəlman…

“Ərəb baharı”dır, deyib, göz yumduq…
“Yasəmən inqilabı” adını qoyduq.
Dünyadan sülh, vicdan, ədalət umduq,
Öldürən müsəlman, ölən müsəlman…

Kimi “vəhabiyəm” deyib vuruşur…
“Nurçuluq” eşqiylə kimi alışır…
Qəlblər parçalanır, aləm qarışır,
Öldürən müsəlman, ölən müsəlman…

Parçalandı məzhəb, parçalandı din…
Qan dəryası olub Qəzza, Fələstin…
İnsanlar yurdundan düşüb didərgin,
Öldürən müsəlman, ölən müsəlman…

Bir tərəfdə İŞİD vicdanı atır…
Halal könüllərə haramlar qatır,
Qardaş qardaşını düşmənə satır,
Öldürən müsəlman, ölən müsəlman…

Savaşlar hər dərddən, kədərdən ağır…
Göydən yer üzünə hey mərmi yağır…
Neyləsin günahsız, neyləsin fağır?…
Öldürən müsəlman, ölən müsəlman…

Müsəlman, hörmət et müqəddəs ada,
Pak əməl sahibi ol bu dünyada,
Uymayın fitnəyə, uymayın yada,
Öldürən müsəlman, ölən müsəlman…

Hanı bu dünyada ədalət, hanı?
Yenə qan bürüyüb köhnə dünyanı
Müsəlman, axıtma müsəlman qanı!
Öldürən müsəlman, ölən müsəlman…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma