Habil Yaşar – RAMAZAN.

Standard

085

Ramazanı sevə-sevə yaşayan,
Ramazanın bitməsini qəm eylər.
Ürəyində Allah eşqi daşıyan,
Gecə-gündüz gözlərini nəm eylər.

Ramazanda sima gülər, üz gülər,
Qədir bilən könül gülər, göz gülər,
Qəmli olan yüz sevinər, yüz gülər,
Mömin olan ramazanda dəm eylər.

Ramazanın imsakına oyanan,
İftarına səbr edərək dayanan,
Allah deyib eşqi-nura boyanan
İnsanlardan Tanrı dərdi kəm eylər.

Üç gecədən biri Qədir bilinməz,
Kim deyər ki, pis günahlar silinməz,
Yaradana damla-damla gəlinməz,
Ona gələn varlığını cəm eylər.

Mühəmmədin orucunu sal yada,
Heç oldumu o orucdan dünyada,
Köməksizə tanrı yetər imdada,
Qaranı ağ, zili isə bəm eylər.

Habil açar əllərini dərgaha,
Yalnız odur cavab verən hər aha,
Ümid varsa bu günümdən sabaha,
Uca Rəbbim hər günümə rəhm eylər.

2007

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma