Adonis-Əli-Əhməd Səid

Standard

adonis

əllərinin içində onun əlləridir
amma yenə də yadıq biz
yataqda tənha ölməyə məhkumuq

siz isə tez olun
sevgi ilğımına bürünün
ah, bizim zamanın qəribə bütləri…

yaxınlaş mənə,
titrə…
ey böyük
ilahi vücud!

***

axır ki, incikliklərlə dolu cəhənnəmdə
üz-üzə gəldik

indi bizim evimiz
ögey göy üzünün
yoxa çıxdığı yerdir
köhnəlmiş rənglərlə yazılmış göy üzü

gecə isə
bizim şamları salamlamağı da unudub…

***

aramızda uçurum…
qan böyüklükdür

işığı sönmüş bürclərin
qısır rüzgarı

ölüm və sevgi eyni dildə oxunan
ehtirasın sönmüş uçurumudur

***

nəsrin poeziya pillələrində irəliləməsindən
möhtəşəm nə ola bilər axı…
və ya ən gözəl nəsr
poeziya pillələrində irəliləyən nəsrdir.

Tərcümə: Xatirə Nurgül

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma