Şirin Xanım Kerimbeyli Şadıman- DÜŞÜB QANLAR GÖLÜNƏ ÜZÜR FƏLƏSTİN, AY AMAN

Standard

Sirin Xanim Kerimbeyli Sadiman

Neçə gündür ki, İsrail Fələstini qan içində boğur!
Düşüb qanlar gölünə üzür Fələstin, ay aman,
Bu qədər müsibətə dözür Fələstin, ay aman.
Qəzzanın bağrı yara – axır qanları sel kimi,
Uçur güllə yağışı başları üstə yel kimi,
Qırılır bədən-bədən növrəstə canlar tel kimi,
Çəkilib gözlərinə fəlakətləri tül kimi,
Elə bil qurğuşuna nəzir Fələstin, ay aman,
Bu qədər müsibətə dözür Fələstin, ay aman.

Neçə gündür tökülür üstünə güllə yağışı,
Çəkilibdi sinəyə min cürə ölüm naxışı,
Bəs siyasətçilərin bumu həyata baxışı?
Köçübdü sinələrə dünyanın boranlı qışı,
Dərdiylə ürəkləri əzir Fələstin, ay aman,
Bu qədər müsibətə dözür Fələstin, ay aman.

Yoxdu imdad qocaya, nə uşağa, nə qadına,
Xocalı Soyqırımı düşür adamın yadına!..
Yetməyir heç bir ölkə bu tifillərin dadına.
Bəs görən kim çatacaq haqqın ahu-fəryadına?
İndi dildə ağıtək gəzir Fələstin, ay aman,
Bu qədər müsibətə dözür Fələstin, ay aman.

Kimdə ki, çoxdu silah aləmə tüğyan eləyir,
Salır haqqı ayağa min cürə hədyan eləyir,
Yandırır ürəkləri oduyla büryan eləyir,
Gücsüzə öz gücünü bu yolla bəyan eləyir,
Düşünən beyinləri üzür Fələstin, ay aman,
Bu qədər müsibətə dözür Fələstin, ay aman.

Özgə torpaqlarına göz dikənin həyası yox,
Kökü şeytana gedir, nə xəmri, nə mayası yox.
Nədən haqqın şər başa düşəcək bir qayası yox?
Dərdlərə çarə bulub bu cahanı sayası yox,
Diləsin yağıdanmı üzr Fələstin, ay aman?
Bu qədər müsibətə dözür Fələstin, ay aman.

Burda «balam» deyənlər gözdən yaşlar axıdır,
Doğulan körpələrin o ilğımlar can ahıdır,
Bilənlər yaxşı bilirlər, bu kimin günahıdır?
Hamımıza, ey bəşər, bir göyün tək Allahıdır!
İndi döyür qapısın hüzr Fələstin, ay aman,
Bu qədər müsibətə dözür Fələstin, ay aman.

Şadiman, nədir belə dünyanı xiffətə salan?
Əqli başdan aparıb aləmi nifrətə salan,
Haqq mənəm, deyənləri min cürə sifətə salan,
Ələdib qan yağışı Yeri Ərəsata salan,
Şəhidin qəbir evinə düzür Fələstin, ay aman,
Bu qədər müsibətə dözür Fələstin, ay aman.
Düşüb qanlar gölünə üzür Fələstin, ay aman,
Bu qədər müsibətə dözür Fələstin, ay aman.
04.01.2009

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma