Ziya Əhmədsoy

Standard

226

Gündə neçə qəlbi boş,cibi dolu “adam”la
Məcbur qalıb girirsən
sən birlikdə yatağa.
Sənə söyüş söyürlər söyüşdən də dəyərsiz,iki para adamlar…
Həyatın oğurlanıb,məhkum ediblər səni
Kiçicik bir otağa.

Biri sənin yanına gəlir öz sarayından.
Sənə çıxmaq yasaqdır qaranlıq otağından…
Boşa yorma özünü
Ay, saçları sünbülü,
Möhürlənmiş qulaqlar çınlamır harayından.

Bədənin müştərinin,
“Qazanc”ınsa satanın…
Bir şey qalmır özünə ağlamaqdan savayı,
Damla-damla dəniz olur axıb qanlı yaşların,
Sən dənizdə qanad çırpan ümidsiz bir qağayı…

Uçursan xəyalında,
Bu dünyadan qaçırsan…
Heç kim səndən utanmır,
Amma sən,
Özündən utanırsan.

Mələfəylə Bir təhər
örtüb çılpaq üstünü,
Göylərə əl açırsan.

Utanma,
Bəxti qara,gözləri qan qırmızı!
Bu əzablı yollara düşmədin gərəyindən,
Sənin çirkli pastelin təmizdi,küçə qızı,
Gündə min yol çirklənən onların ürəyindən…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma