Tural Adışirin – BƏLKƏ DƏ QİSMƏT

Standard

070 (2)

Gəlirik üz-üzə hər gün səninlə
Köhnə tanış kimi görüşürük biz
Bəlkə baxtımıza yazılan baxtı
Özümüz bilmədən bölüşürük biz

Hardan doğmalaşdıq görən biz belə
Biz ki başqa yolun yolcularıydıq
Görüşüb üz-üzə gəlməsək belə
Kim bilir nə qədər yad qalasıydıq

İlk dəfə görəndə elə bil səni
Sandım ki,icimdə bəslədiyimsən
Qəlbimdə yaşadıb bu vaxta qədər
İllərlə yolunu gözlədiyimsən

Üz-üzə gəlirik hər gün səninlə
Sən məndən gileyli,mən sənə həsrət
Gəl günah görməyək bi-birimizdə
Allahdan beləymiş bəlkə də qismət

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma