Telli Pənahqızı

Standard

025 (2)

Doğuldum bir təmiz, halal ocaqda,
Gül kimi bəsləndim isti qucaqda,
Qeybət eşitmədim küncdə, bucaqda,
Bu gözəl dünyanın, bivec dünyanın,
Məni kirlətməyə gücü çatmadı.

Həyat amalımdır; düzlük, həqiqət,
Bilmədim ömrümdə nifrət, kin-küdrət,
Qəlbimə nur saçdı, şəfqət, məhəbbət,
Yüz cürə əyrinin, yüz cür nadanın,
Məni kirlətməyə gücü çatmadı.

Şeytanın şərindən, nəfsindən uzaq,
Min bir hiyləsindən, məkrindən uzaq,
Bədxah insanların sirrindən uzaq
Böyüdüm…nə yaxşı şərin, böhtanın,
Məni kirlətməyə gücü çatmadı…

Nağıllardan gələn Şəhrizad oldum,
Sadiq sərçələr tək hürr, azad oldum,
Zəmanə əhliylə tərs, təzad oldum,
Hər növ rəzalətin, hər növ yalanın,
Məni kirlətməyə gücü çatmadı.

Girmədim savaşa qeylü-qalıyla,
Aldada bilmədi cah-cəlalıyla,
Sevmişəm dünyanı hər tür halıyla,
Yoluma boylanan, cinin, şeytanın,
Məni kirlətməyə gücü çatmadı.

Yaşadım ömrümü-mərdü- mərdanə,
Gördüyüm işlər də zərif, şahanə,
Bu ömür Tanrının, deyim daha nə…
Bu gerçək dünyanın, yalan dünyanın,
Məni kirlətməyə gücü çatmadı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma