GÜNEL EYVAZLI – YUXUMU XEYRƏ YOZUN

Standard

Günel Eyvazlı5

Yuxumu xeyrə yozun
Daşdan yastıq görmüşəm,
Alov yunlu yorğana
Yuxuda bürünmüşəm.

Yuxumu xeyrə yozun
Əlimdə bıçaq vardı,
Yerdəki qanlı əti
Qarışqalar apardı.

Yalın gəzən ayağım,
Çevrilib qartal oldu.
Dağ başına çatınca
Yenidən ayaq oldu.

Yuxumu xeyrə yozun,
Xəşil qarışdırırdım,
İçindəki əlimi
Oda alışdırırdım.

Yuxumu xeyrə yozun,
Namərd gördüm yuxuda,
Qulağını arxadan
Kəsik gördüm yuxuda.

Mən bunları görüncə,
Yuxudan dik atıldım,
Gerçək həyatı verib,
Yuxulara satıldım.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma