Zamiq Zərdabi – Bu gün də qəm gəlib

Standard

Zamiq Zərdabi2

Bu gün də qəm gəlib, qəm qonağımdır,
Könül, dur ayağa, qəmi qarşıla.
Kədər başım üstə çilçırağımdır,
Yığılıb gəlsə də cəmi, qarşıla.

Elə vəfalıyam, elə sadiqəm,
Qəmin də ən yaxın dostu olmuşam.
Mən özüm kədərə, qəmə aşiqəm,
Həsrətə, nisgilə bağlı qalmışam.

Almayın, almayın qəmi əlimdən,
Mənə düşmür sevinc, xətası olur.
Onsuz mənim qəmim, elə qəmdi ki,
Sevincin yerini tutası olur…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma