Natiq Quliyev – “Tovbeliklere Tovbe” poemasi

Standard

004

Natiq Quliyev – “Tovbeliklere Tovbe” poemasindan

Günahlarım üçün mən tövbə etdim bir zaman,
Bağışlanmaq istədim,Allaha etdim güman.

Çəkilib bu düyada özüm tənha bir yerə,
Tanış etdim Allahı qəlbimdəki min sirrə.

Xəbərdar idi Allah,mənim borcum etiraf,
Bağışlamaq Onundur,suçsa suçum etiraf.

Quran yüz on dörd surə,oxudumbaşdan-başa,
Oxudum ildən-ilə,qandım dolduqca yaşa.

İnsanlıq nə,savab nə,ğünah nədir anladım,
Xatamı anladıqca öz-özümü danladım.

Günahlara bulaşdım,nə fərqi,azmı,çoxmu,
Nə fərqi azmı,çoxmu.Günahsız adam yoxmu…

Deyib təsəlli tapdım,tövbələrdən uzaqdım.
Çapdım,yollarda çapdım,öz yoluma çıraqdım.

Ətrafım qaranlıqdı,kənarlarım işıqlı,
Günlər gözəl olsa da,gecələr yaraşıqlı.

Günahlarım o andan başlamışdı,bilmirdim,
Tamam başqa dünyaydım,özüm-özümə sirdim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma