Əliağa Vahid – Axşamlar

Standard

Düşəndə türrey-i dilbər xəyalə axşamlar,
Məhəbbət əhli düşər min məlalə axşamlar.

Şikəstə bülbülə bənzər belə çəkən aşiq,
Gülündən ötrü edər ahu-nalə axşamlar.

Günüzlər aşiqə tən etmə ki gülüb-danışır
Salar fərağın onu gör nə halə axşamlar

Düşəndə zülfün üzə,qaşların xəyalə gəlir,
Batanda gün, baxar aləm hilalə axşamlar.

Şərabı yarsız içəndə bir az da qəm gətirər,
Gül üzlü yar ilə ol həmpiyalə axşamlar.

Bir özgə ləzzəti var aşiq ilə məşuqə,
Rəqibsiz yetələr gər vüsalə axşamlar.

Müyəssər olmasa gündüz sənə şərab içmək,
Unutma, Vahid, onu laməhalə axşamlar….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma