Füzuli

Standard

065 (2)

Rəməzan oldu çəkib şahidi-mey pərdəyə ru,
Mey üçün çəng dutub, tə’ziyə açdı geysu.

Bildi mütrib ki, nədir hal, götürdü qopuzun,
Bəzmdən çəkdi əyağini sürahiyyü səbu.

Bəzm qanuni pozuldu, ney üçün çəng ilə dəf,
Yığılıb etməyələr hakim eşigində ğülu.

Rəməzən ayı gərək açıla cənnət qapısı,
Nə rəva kim, ola meyxanə qapısı bağılu.

Fəthi-meyxanə üçün oxuyalım fatihələr,
Ola kim, yüzümüzə açıla bir bağılı qapu.

Afitabi-qədəh etməz rəməzən ayı tülu’
Nə bəladır bizə, ya Rəb, nə qara gündür bu?

Intizari-meyi-gülrəng ilə bayram ayına,
Baxa-baxa enəcəkdir gözümüzə qara su.

Rəməzan oldu, budur vəhmi Füzulinin kim,
Neçə gün içməyə mey, zöhd ilə nagəh tuta xu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma