Afaq Şıxlı – Axı bizə nə düşüb ki? (Ən Yaxşı Şeir)

Standard

afaq shıxlı30

Bu nə sirrdi? İnsanları tanımıram!..
Adamdımı, yoxsa kimdi yanımızda yaşayanlar?
Fikir versək – çoxlarının iki üzü,
çoxlarının min dili var.

Təpəgöz də şükürlüdür,
Çoxunun heç gözü yoxdu.
Çuval boyda ağız varkən,
danışmağa sözü yoxdu.

Ayaqları fil ayağı –
həqiqətin üstdən keçib tapdalayır.
Qarınları harınlıqdan partlayarkən,
neçə insan səfalətdə çabalayır.
Insafları deşik-deşik,
vicdanları döyənəkdi!
Əl yerinə – iki qarmaq,
baş yerinə – boş sənəkdi…

Nə dəhşətdi!
İstəyirlər
adamların arasında çoxalsınlar…
İstəyirlər adam kimi adamlardan çox olsunlar…
Kim açacaq bunca mənfur varlıqların paxırını?
Belə getsə,
belələri gətirəcək bu dünyanın axırını!
Dələduzlar “İnsan” adı arxasında gizlənərkən,
niyə gərək bu utancdan biz əriyək?
Bir düşünün,
axı bizə nə düşüb ki, onlara da
adam deyək?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma