Elvir Axundov – Mən…

Standard

Elvir Axundov1

Rəbbim hikmətindən zərrə nütfəyə
Səhm edib-küll olsun varlığım mənim.
Müntəzir ruhuma qovuşum deyə,
Bərqərar edilmiş vücudum, tənim.

Mənim azadlığım-cəmi doqquz ay-
-Anamın bətnində yaşanmış demə.
Vücudum əzaba qoşulan andan
Sevincim ruhumdan boşanmış demə.

Bu dünya qaranlıq zirzəmi imiş,
Mən-zaman əsiri, biçarə məhbus.
Qəlbim ümid dolu bir gəmi imiş,
Kədər ümmanında qərq olur, əfsus.

Mənim ümidlərim xəzələ dönən,
Yerlərdə sürünən yarpaqlar kimi.
Mənim arzularım günbəgün sönən,
Ulduz yığınıdır-tutub qəlbimi.

Mənim imkanlarım arzularımla
Nədənsə həmişə tərs mütənasib.
Dil tapa bilmədim ahuzarımla,
Macal tapan kimi sözümü kəsib.

Mənim məhəbbətim gecələr Aydı,
Gündüzlər Günəşin şəfəqləridir.
Kaş imkan olaydı, fürsət olaydı,
Paylaşa biləydim bəşərlə bir-bir.

Zamanın sərt üzü dönəndən bəri,
Möhnət qandallayıb qolumu mənim.
Gedirəm…bu yoldan dönüş yox geri,
“Ədalət” gözləyir yolumu mənim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma