ŞƏHRİYAR

Standard

şehriyar30

Sən ey mələk qədər müqəddəs insan,
Ey adı günəşlə qoşa dayanan!

Neçin mələk ikən iblisə döndün,
Qızıl günəş ikən qaraldın, söndün?

Zülmətə çevrildin, sən bir nur ikən,
Bataqlıq yaratdın, saf, büllur ikən.

Dünyaya od-alov tökürsən bu gün,
Dünən qurduğunu sökürsən bu gün.

Göydə ulduzlara sığal çəkirsən,
Fəqət yer üzündə zindan tikirsən.

Baxıram əynində təzə paltara,
Zahirin parlaqdır, batinin qara.

Başında kamalın, biliyin də var,
Daha dəhşətlidir bilikli xunxar!

Biliksiz olmağın bəlası birdir,
Bilikli canilik daha betərdir.

Boynunda qalstuk əlində silah,
İnsan qiyafətli yırtıcı timsah!

Üzdə mədh eyləyir mədəniyyəti,
Ancaq batindəsə fikri, niyyəti,

Dağıtmaq, qoparmaq, parçalamaqdır,
Sözü ipək kimi, dişi bıçaqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma