Məhəmməd Füzuli

Standard

044

Dedim: eşqində könül zarü həzin olmalıdır,
Dedi ki: söz odur, əlbəttə, həmin olmalıdır.

Dedim: etmiş niyə çeşmin xəmi-əbrudə məkan?
Dedi: pakizə nəzər guşənişin olmalıdır.

Dedim: etdin dil ilə dinimi qarət nə üçün?
Dedi: büt sevgilisi bidilü din olmalıdır.

Dedim: öz aşiqini bəs necə istərsən ola?
Dedi: rüsvalığa aləmdə əmin olmalıdır.

Dedim: həq nuri cəmalində təcəlli eləyir,
Dedi: ol nuri görən çeşmi-yəqin olmalıdır.

Dedim: ey gül, mənə bir tel ver o çin zülfündən,
Dedi: bu xəstə üçün nafeyi-çin olmalıdır.

Dedim: aləmdə Füzuli qapının bir quludur,
Dedi: alnında onun dağı yəqin olmalıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma