Vidadi Tağızadə – Torpaq eşqi…

Standard

Vidadi Tağızadə

( Poemadan bir parça )

Ağcabədi rayon icra başçısı Ş.Məmmədova həsr olunur

Bələnib çiçəklə bu anna yurdum,
Güllərin ətrinə bələnib, batıb.
Şahinim veribdi ürək odunu,
Doğma Ağcabədim murada çatıb.
Yurdum bürünübdü ala, yaşıla,
Göz-könül oxşayır hər küçə,hər yol.
Çiçəklər ətriylə girib yarışa,
Burda can qoyubdur, yurd sevər oğul!
Ürəyim haylayır ilham atını,
Sinəmdə arzular gülür, çağlayır
Yurd oğlu yaradıb belə büsatı,
Gözəllmik adamı yoldan saxlayır.
Bu yerlər gül açıb sənin əlinlə,
Sərvlər səki boyu cərgələnibdir.
Bu yerlər dəyişdi əməllərinlə,
Güllər səki-səki sərgilənibdir!
Necə də yaraşır çiçək elimə,
Torpaq başdan-başa gülüstan olur…
Çiçəklər oxuyur, çiçək diliylə,
İnsanın əməli, bir dastan olur!
Təmkinli oğuldu, nurlu simalı,
Yurda pay veribdi, ömrün anından.
Qurub-yaratmaqda Şahin amalı,
Yeridir söz açım qəhrəmanımdan!
Bu yurda, bue lə ürək veribdi,
İnsana gəl deyir, görülən işlər.
Neçə imkansıza çörək veribdi,
Bir dərdli görəndə, o, dərdə düşər!
Meydana giribdi qolun çırmayıb,
Yayın istisində, qışın qarında.
Bu torpaq, bu məkan mənimdi deyib,
Heç nə əsirgəməyib, könül varından.
Dəyişib görkəmi bu ulu yerin,
Eloğlum qoyubdu gözəl təməli.
Deməyib bir durum, bir nəfəs dərim,
Üzünü ağardıb işi, əməli…
Bir müddət bk eldən ayrı olanlar,
Bura qayıdanda heyrət edərlər.
Görüb gözəlliyi, gözləri dolar,
Qayıdıb gedəndə razı gedərlər…
Qurub-yaratdıqca rayon rəhbəri,
Sevinir, şadlanır hər duyan ürək.
Möcüzə yaradıb gələndən bəri,
Qələmim doğrunu söyləsin gərək.
Ağcabədi adlı məkan dəyişib,
Oxucum dinləsin qəlbdən keçəni.
Çəkilib qəlblərdən küskünlük çəni,
Gözəllik haylayır gəlib, keçəni!
Övladı yurduna sahib çıxanda,
Torpağı sevinər, torpağı gülər.
Çiçəklər boylanıb, yola baxanda,
Şərqilər oxuyar nəğmli dillər.
Quşlar da sevinclə ağaca qonur,
Quşlar quş dilində “sağ ol” söyləyir.
Bu yerlər necə də dəyişib donun,
Yurdsevər yurdunu, cənnət eyləyib!
Torpaqdan alıbdı gücü, qüvvəti,
Könül istəyini bu yurda verib.
Sözündə bütövdü, sözündə qəti,
Qəlbinin eşqini torpağa verib!
Rəhbərin gəlişi bir bayram olub,
Bu vətən torpağı könül açandır.
Bir bina ucaldıb, kövrəlib, dolub,
Övladın gözlərmiş… El gör, haçandır?!
Rəhbərin yolunu inamla gedir,
Gördüyü işlərlə üzü ağ olub.
Vətənə xidmətim. Borcumdur deyir,
Təltifdən, tərifdən çoxuzaq olub…
Könlünün ağrısı vətən dərdidi,
Torpağı düşünüb, ğorpağı anır.
Bu anna yurdumun oğul-mərdidi,-
Gedən torpaq üçün alışıb, yanır!
Dərib nəfəsini bir az toxtayar,
Kimsənin haqqını heç vədə kəsməz.
Ömrünü, gününü elə paylayar,
Ömrünü xərcləyər… əvəz istəmə!
… Arzular dindirib, köklər könlünü,
Nə yaxşı yaratdım, bir büsat deyir.
Əliylə bəzəyir vətən mülkünü,
Ürəyinin səsi, qur, – yarat, – deyir!
… Üzəyir yurdunun nəğmə çələngi,
Neçə ürəklərdə yuva qurubdu.
Yaqub səsinin sehri, ahəngi,
Nəğmələr içində öndə durubdu!
Mütəllim oxuyar… uçunar yarpaq,
Sözümüz yol gəlir pir Fizulidən.
Zülfünü dünyaya gətirən torpaq,
Bir İsi, Elbdur doğdu təzədən!
Vətən sevgisiylə alışdı Vasif,
Könlünün gözündə torpağın yası.
Sənətin diliylə danışdı Vasif,
Səsləndi “Qarabağ üverturası”!
Bu yerlər, bu ellər sənət məbədi,
Hər daşın altında bir sehr yatır.
Bu yurdun sənəti, eşqi əbədi,-
Tanrıya yol alır, tanrıya çatır!
Göylərin şimləyi gözümdə çaxır,
Qəlbin sarı simin ağrılar sıxır…
Könlümün nəğməsi dilimə axır,
Könül, susma! Hayla, ilhamı çağır!
Fizuli göz açıb dünyaya burda,
Dahilər məskəni bu yurd, bu torpaq.
Hər biri şöhrətdi torpağa, yurda,
Bu torpaq münbitdi, – dahi doğacaq!
Üzeyir nəğməsi oxunar, dinər,
Üzeyir sənəti əbədi yaşar!
Üzeyir bəstəsi qəlblər fəth edər,
Doğulan övladlar Koroğlulaşar!
Səslənər “qarabağ üverturası”,
Vasif bəstəsində mübarizə var.
Çəkilər gözlərdən millətin yası,
Qalxarlar ayağa, igid oğullar!
Yaqub bir zirvədi muğamımızda,
Səslə möhürləri mənsuriyyəni.
Bir “titanik”da səs ümmanımızda,
Eşit, dinlə… Səndən eyləyər səni!
Elbrus bu yurdun bir alim oğlu,
Şair-filosofdu, aləmə bəlli.
Burda zaman-zaman dahidoğular,
Elbdusum bunu sübut eylədi!
… Bu yurd çiçək-çiçək naxışlanıbdı,
Üzə gülümsəyir hər cığır, hər iz.
Bu yerdə istedad alqışlanıbdı,
Burdaqiymətlidi hər mənalı söz…
Cavanı, qocası sakit, mehriban,
Bu yerdə insanlar ipək kimidi.
Burda hər kəlmənə deyərlər “can, can”, –
Bu yerdə insanlar çiçək kimidi…
Danışıb dinərlər: – “qadan alıma”,
Nəsə umsalar da dinlə deməzlər.
Yüz kədər yaşadıb sinələr altda,
Kimisə qəmilən yükləməzlər…
Oxucum! Bu yerə sad güzərını,
Bu yerin övladı söz-söhbətlidir.
Gərəksə verərlər ürək qanını,
Bu yerin insanı səxavətlidir!
Bu yurd məbədidir şirin, sənətin,
Bayatıyla dinər burda nənələr.
Körpə də andayar sözün qiymətin,
Segah avazlıdı, burda nəvələr!
Bu yerdən bayşalyır haramı düzü,
Tarixləşən bu yurd qala-təpədi.
Neçə yol siyrilib torpağın üzü,
Ğurda qışlayıbdı… Teymur əfəndi!
Bu yerin tarixi qədimdən-qədim,
Bir zaman bu yerlər ağ duzlaq olub.
Bu yerin tarixi keçmişə gedir,
Neçə sınaq görüb, üzü ağ olub!
Üst yanda Xocavənd oğuz elidi,
Bir tərəf Beyləqan, bir yan Bərdədi.
Qayqar tək çayı var, həm ağ göllüdü,
Bu yeri zəbt etmək, yağı dərdidi…
Bu yerə acgözlər tamah salıbdı,
Kaş, bu yerlər mənim ola deyibdi.
Ərənlər əlinə qılınc alıbdı,
Göz dikənlər, gözsüz qalar deyibdi!
Babalar saxlayıb əmanət kmi.
Nəsildən-nəsilə qorunub bu yer.
Bu yurd çox görsə də xəyanət, kini, –
Tanrının əliylə barınıb bu yer!
İki min əvvəlki, Hünan qalası,
Tarix kitabında qüdrət rəmzidir.
Bu gənc Ağcabədi, – Hünan balası, –
İndiki nəslimin təzə rəsmidir!
Gəncədən, Bərdədən gəlib keçənlər,
Ticarət yolu tək burdan keçiblər.
Gəncədən Təbrizə karvan çəkənlər,
Burda çörək kəsib, şərab içiblər…
Bu yolun üstündə öoən qalamız,
Qarşılayıb gedən yük karvanını.
Nədən viran qalıb, görən qalamız?
Tarixin övladı, – qalamız hanı?!
Övladlar dərs alar öz babasından,
Üzlərə güləcək açılan sabah.
İnsanlıq var olub türk obasından,
Tarixi vərəqlə… Ötən günə bax!
Ərəblər yazıyla təsdiqləyib,
Bu yurdun ən qədim yurd olduğunu.
Bu yurda nə qədər zərbə deyibdir?
Türküm sübut edib, qurd olduğunu!

1.Hünan qalası – Ərəb müəllifləri Əl kufi və Əl təxrinin kitablarını Sovet vaxtı rus dilinə çevrilən işbanistlər. “Hünan qala”nı, “Yunan Qala” kimi göstərib, tarixi gerçəkliyi saxtalaşdırmaqla, eramızın 1-ci minilliyinin ilk əsrlərində bu yerdə (indiki ğcabədi ərazisi) – yad etnosların olduğu məqsədini güdüblər.

Epiloq əvəzi
Qorqudun yurdudu, bu aran yeri,
Bu yerdə babalar ömürlər sürüb.
Bu yerlər tanrının qorunan yeri,
Tanrı bərəkətin əsirgəməyib…
Tarix kitabıdı yaşayan qala,
Zamanın möhürü Boyat qalası.
Hər incə mətləbi bayatı olan,
Ata öyüdüdü, anna laylası!
Zamanın sınağı ötüb, keçibdi,
Bu torpaq min ildi yaşayır, durur.
Bu yerin insanı ağrı içibdi,
Üzündə təbəssüm, alnında qürur!
Baba yadigarıdı hər qaya, hər daş,
Qalar buyerin səngər daşıdı.
Boylandım dünənə… Gözlərimdə yaş, –
Var olan hər qallam, dünya yaşıdı!
Xəyalım yol aldı, min il geriyə,
Xoşdur burda ötən duyğulu anım…
Bu yurdun daşıyam… Gəzən, yeriyən, –
Bu yurd parçasıdı, Azərbaycanın!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma