Elşən Əzim – ALIN YAZISININ NƏQARƏTİ

Standard

ELŞƏN ƏZİM

Yaş üstə yaş gəlir əli xonçalı,
İllərin dərd payı, qəm baratı var.
Mənim alın yazım nəğmə kimidi,
Hər bəndin sonunda nəqarəti var.

Əvvəl gözlərimdən Araz gedirdi,
Sonra Tərtər getdi, Həkəri getdi.
Üstümdən bir savaş təkəri getdi.
…Ömür səhnəsində bir gördüyümün
Yüz kərə, min kərə təkrarı getdi.

Bir qızın saçına hördüm sevgimi,
Bir qız kirpiyindən asıb apardı.
Bəxtim gətirirdi, dumana düşdü,
O yazıq neynəsin azıb apardı.

Tanrım, nə deyirsən, nə qulağıma,
Verdiyin xoş gəlir görürəm, sənə.
Ölüm xəbərimi de qulağıma,
Bu ömrü muştuluq verirəm sənə.

İllər gəncliyimi çalıb apardı,
Zamanın ömürdən min qarəti var.
Mənim alın yazım nəğmə kimidi,
Hər bəndin sonunda nəqarəti var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma