Elçin Aslangil – BİZ MƏRMİLƏRİN ÖVLADLARIYIQ

Standard

elçin arslangil

(müharibə uşaqları üçün)

biz mərmilərin övladlarıyıq
qəpiyi-qəpiyin üstünə qoyub boş mərmilər alardıq
yadındadırmı Allah?

bir parça yavan çörək tanrı idi
göz yaşlarımıza tanrı
sevməzdik “20 yanvarı”, “xocalını”
paylaşardıq bir parça çörəklə göz yaşlarımızı
bələyi qara bağlı (Qarabağlı) qaçqın uşaqlarla…

ata iyi nədir bilmədik
yollara boylanıb atalarımızı
burnumuzda barut qoxusuyla gözlədik
ona görə də mərmiləri çox sevərdik
atalarımız mərmi idi Allah mərmi…

bilirsənmi? –
hərdən Allah da olmaq istəyirdik
vurma!- deyən uşaqların Allahı
bağışla
elə bilirdik ki
sən təkcə ölülərin Allahısan..
axı biz uşaqların nə günahı vardı?!

biz mərmilərin övladlarıyıq
qəpiyi-qəpiyin üstünə qoyub boş mərmilər alardıq
yadındadırmı Allah?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma