Samir Şirinov – Bağışla…

Standard

005

Eşqim ürəyimdə buz olub donsa
Sevgimiz bir gül tək açılıb, solsa
Bu eşqin sonunda vüsal yoxdursa
Bağışla gedəcəm, bağışla məni

Sənə baxan gözlər yaşla dolarsa
Buludlar həmdəmim olub ağlarsa
Ömrümüz beləcə matəm olarsa
Bağışla öləcəm, bağışla məni

Tale alnımıza həsrət yazıbsa
Qəlbində iblislər yuva qurubsa
Bu sevən qəlbimi fələk umursa
Bağışla verəcəm, bağışla məni

Məni sevən qəlbin daha sevmirsə
Gecələr həsrətim səni üzmürsə
Unut, sevmə məni, dilin deyirsə
Bağışla sevəcəm bağışla məni.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma