Mehman Səmədsoy – Tənha ürəyin nağılı..

Standard

Mehman Səmədsoy

Səsli-küylü geniş bir otağda ,
sönüb işiğda.
Çöldə soyuq bir hava var,
külək əsir,yağır qar.
Mən söykənib pəncərəyə
baxıram bu mənzərəyə-
soyuq baxışlar ilə.
Ətrafımda çox kəsim var ,
soyuq bir mühütdən doğan
nəfəsim var,gedib gələn..
atamda var,anamda var,
bacımda,qardaşımda var.
Birdə yalançı sevginin
mənə bəxş etdiyi bir övladımda var.
Var olmayan, saxta eşqin günahın,
üstündə gəzdirən tək bir nəfərdi,
buda mənim sevincimi-
məhv eyləyən kədərdi.
İndi yoxdu mənim üçün həmən adam,
sanki ölüb.
O vaxt ,o zaman ,o məqam sanki ölüb.
Lakin nəsə sıxır məni, yəni
Hiss edirəm özümü tək,
vaxtikən dolu bir ürək,
indi tamam boşalıb,
tək qalıb.
Bir zaman sevginin,pak məhəbbətin,
çılğın ehtirasında döyünərdi,
o hər şeyə dəyərdi,
dərddə,qəmdə,qüssədə,
ona başın əyərdi.
Həyatın mənasıda döyünərdi o yerdə,
hisslərim ,duyğularım sevinərdi o yerdə.
Ancaq bu çox çəkmədi……
O çılqın ehtirasda,
o sevgidə ,o eşqdə,
hisslərdə ,duyqularda,
nəvazış,qayğılarda,
qaldı bir sevginin ayağı altda.
Ürək saxta sevgini,yalançı məhəbbəti,
Ögey münasibəti, qəbul edə bilmədi.
o əzabın içində,o zülümün içində,
tək qalıb təklənəndə,
Köməyinə son ümüddə gəlmədi.
Tənha qalıb indi ürək.
Eh…….neynək, pis olmuram..
olub ,keçənləri artığ unuduram.
yavaş-yavaş.
Mən belədə daha rahat hiss edirəm özümü,
Nə yeyirəm özümü ,nə didirəm özümü.
Ürəyimdə bir aləm yaratmışam,
Sevincidə qəmə orda qatmışam.
Gecə- gündüz ürəyimlə danışıram,
Mən get-gedə buna lap çox alışıram.
barışıram,
bu talelə,bu qismətlə.
O yerdən ayrılmaq belə istəmirəm,
bir kimsəni çağırmıram,səsləmirəm.
İndi mən öz ürəyimə sarmaşıq tək sarılmışam.
tək ona arxalanmışam.
güvəndiyim yerdə odur,inandığım yerdə o,
qazandığım yerdə odur,dayandığım yerdə o.
Bu bir təsəlli olsada buna da şükür edirəm.
sevinirəm.
Tənha ürəyimin rahatlığını,onun azadlığını,
Fəqət məhv etməməkçün,
Yeni həyat qurub ürəyimi mən,
Dərdə salmaq istəmirəm yenidən……

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma