Məmməd Araz

Standard

Məmməd Araz5

Bu görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə düşdük.
Salamsız kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə görüşdük.

Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng deyildin.

Hanı ömrümüzün ö keçən günü,
Hanı öz əhdinə ö dönük andım…
Sənin “gəl barışaq” təbəssümünü,
Mən o vaxt əl açan dilənçi sandım.

İndi dayanmışıq üz-üzə yaxın,
Təəssüf çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın olmağın
Cazibə gücündən tez aşır insan.

Bir eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən yoluma
Göy işıq olasan bu görkəmdə sən.

Bəlkə də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf təəssüf təəssüf ilə,
Qayıda bilməyən günə təəssüf…!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma