Habil Yaşar – Bir yaz axşamıydı, yağışlı axşam.

Standard

habil yaşar

Bir yaz axşamıydı, yağışlı axşam,
Gəzirdik şəhəri gülə-gülə biz.
Həsrətlə baxırdı bizə çox adam,
Qoşa döyünürdü ürəklərimiz.

Gözləri gözümdə, əli əlimdə,
Ruhum dincəlirdi bu xoş təmasdan.
Gülüb, danışırdıq sevgi dilində,
Necə də xoşbəxtdir sevilən insan.

Nə acı çəkirdik, nə qəm bilirdik,
Dünya başdan-başa cənnətdi bizə.
Axı nə biləydik, hardan biləydik,
Ayrılıq yazılıb qismətimizə.

Bir yaz axşamıydı, yağışlı axşam,
Nə bilək sonuncu axşamımızdır.
Dili də gəlməyir söyləyə adam,
Nə bilək bir ölüm yaşanacaqdır.

Bir ölüm xəbəri, ölüm sədası,
Sağalmaz dərd oldu ömrümə Allah.
Kaş onun yerinə mən yox olaydım,
Kaş mənim canımı alaydın Allah!

Aradan gör neçə bahar, qış keçib,
Azalmır qəlbimin ahu, naləsi.
Demə ki, ay Habil iş-işdən keçib,
Sevə bilməyirəm özgə bir kəsi.

Bağlanıb ruhumun qapıları da,
Açılmır üzümə sevginin yolu.
Mən onu görürəm yuxularımda,
O da mənə baxır sevgiylə dolu.

Bir yaz axşamıydı, yağışlı axşam,
O günlər bir daha qayıtmaz geri.
Kim deyir heç zaman ağlamamışam,
Göz yaşım sel olub o gündən bəri.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma