Səməd Vurğun – Ölüm sevinməsin qoy…

Standard

samed vurgun24(Mikayıl Abdullayev)

Bir qocaman qartalın qanadları dayandı,
O, bir daha qıy vurub dağlardan keçməyəcək
Dünya öz yerindədir yenə səhər oyandı,
O, vətən dağlarının suyundan içməyəcək.

Ah, o, bir də göz açıb görməyəcək aləmi,
Dostlar ilə bir daha gəlməyəcək üz-üzə.
Susdu onun rübabı, sındı qurşun qələmi
Yeni-yeni nəğmələr qoşmayacaq o bizə

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər…

Budur, baxır üzümə, baxır sənətkar gözü,
Yenə gülür danışır, nəfəs alır Üzeyir,
Süzülür qəlb evimə onun hər odlu sözü,
Rübabının səsində qanad açır min şe’r.

O sabah da bizimlə addımlayır yanaşı,
“Koroğlu”dan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şe’rinın bir bəstəkar qardaşı!
Şöhrət tapdı adınla bizim ana yurdumuz.

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər…
Mən bu kiçik şe’rimi yazıram göz yaşımla,
Çünki vidalaşıram bir ürək sirdaşımla

İş: Mikayıl Abdullayev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma