Furqan Sadıq – QAÇIM BU QƏMDƏN, KƏDƏRDƏN…

Standard

f113

Qaçım bu qəmdən, kədərdən,
qoy mənə çatmasın, gedim…
Danışıb təzə xəbərdən,
başımı qatmasın, gedim…

Ürəyimi paralayıb,
zəhərləyib, yaralayıb,
məni yaman qaralayıb,
yaxamdan tutmasın, gedim…

Yükü ağır dərdi-sərin,
bir sümük qaldım, bir dəri…
Deyəsən, bu qəm-kədərin
tutubdu tutması, gedim…

Bağlasam qapı-bacanı,
yenə sarır dörd bir yanı,
siz deyin qəm tapmacanın,
siz deyin açmasın, gedim…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma