Səftər Həsənzadə – QAFQAZ DAĞLARI

Standard

Qarabag

Tiflisdən uzanıb Bakıya qolum,
Ay qarlı, girvəli Qafqaz dağları,
Tərxanlı atları, qoyunu, malı,
Ay uca zirvəli Qafqaz dağları.

Yayda oba köçüb səndə əylənir,
Səfalı yerlərin dildə söylənir,
Dağ kəli sıçrayır, maral küylənir,
Ay sirli, cilvəli Qafqaz dağları.

Gözəl olur yayda səfər eyləmək,
Günləri saxlayıb, ayı əyləmək,
Çöllərdə yaşılbaş, evlərdə mələk,
Gəlməli, görməli Qafqaz dağları.

Darağı, cəhrəsi, naxış xanası,
Ağ əllərin belə əlvan hənası,
Bənzəyir qulara qızı, anası,
Gülləri hörməli Qafqaz dağları.

Sürülər otlayır yüksəklərində,
Gözəllər seyr edir ətəklərində,
Puşkin də vəsf edib öz əsərində,
Qoynunda ölməli Qafqaz dağları.

Neçə vaxtdır düşdüm səndən aralı,
Dərd əlində yazıq canım saralı,
Ulu Tanrım özü olsun caralı,
Binadan türbəli Qafqaz dağları.

Vətən dərdi məni edib divanə,
Kimim var dərdimi söyləyim ona?
Doğmaca Vətənim Azərbaycana,
Ay könül verməli Qafqaz dağları.

Ayrılıb həmdəmdən yaman qaldım tək,
Dərd-kədər güc gəlir tuğyan edərək,
Bu ərşin ləngəri, qocaman fələk,
Ay ömür sürməli Qafqaz dağları.

Yağı düşmən kəsib tamam hər yanım,
Qaranlıq quyular olub məkanım,
Mənə əziz olan Küdrüm, Şilyanım,
Əssin Vətən yeli Qafqaz dağları.

1941-ci ildə Xarkovda yazılmışdır

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma