Ramiz Rövşən

Standard

Ramiz Rövşən8

Bu mənəm, bu da üç balam
Bəs niyə uşaq kimiyəm?
Qaranlıqda azıb qalan,
Bir yetim işıq kimiyəm.

Demə: “Nədi işin-peşən?”,
Canında dərdi tərpəşən,
Saz görsə, əti ürpəşən,
Təkqollu aşıq kimiyəm.

Mənəm bəxti sərxoş çıxan,
Yer qazsa – su yox, daş çıxan.
Dolu qabdan da boş çıxan,
Bir sınıq qaşıq kimiyəm.

Ağrım özümdən oyaqdı,
Ağlım sözümdən oyaqdı,
İlahi, bir yağış yağdır,
Bir az bulaşıq kimiyəm…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma