Dəmir Gədəbəyli – BİR SON QOYAN TAPILACAQ

Standard

nusret kesemenli6

Nüsrət Kəsəmənlinin xatirəsinə .

Şeyir yazmaq günahdırmı?
Kimə neyləmişdin axı?!
Ürəyindən keçən sözü,
Üzə söyləmişdin axı!

Bu doğruluq düşmən etdi,
Çoxlarına səni, atam!
Düz danışmaq, düz söz yazmaq,
Xatan oldu, sənin xatan!

Düşmən etdi səni şeyrin,
İstedadı şikəstlərə…
Çeynədilər səni Nüsrət,
Quduz it tək hürə- hürə!

Qibtə etdi, həsəd çəkdi,
Gizli xəbis sürüləri.
Heç bildinmi, nələr etdi,
Sənə dəyyüs sürüləri?!

Ləkə vurdu, çamur atdı,
El içində pak adına.
Sənə gücü yetməyənlər,
Divan tutdu övladına!

Onlar hələ qanmayırlar,
Ölüm yox, şair Nüsrətə!
İnanıram,
Bir son qoyan tapılacaq,
Bu dəhşətə! Bu vəhşətə!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma