Səməd Məsur – GÜLMƏLİDİR

Standard

050 (3)

Mən dedim “rəng”, yenə rəngi-mükərrər deyirəm,
Rəngdir ərzü səma, bərzəxü məhşər deyirəm,
Rəngdir ruhü bədən, məsnədü çənbər deyirəm,
Rəngdir bütkədə, atəşkədə, minbər deyirəm,
Duraraq cümleyi-afaqə bərabər, deyirəm:
Etirazın mənə, ey tazə cavan, gülməlidir.

Tairi-fikrim ilə göyləri gəzdim yeksər,
Ta görüm ki, nə imiş şəmsü kavakibü qəmər,
Parlayır dideyi-əcubə kimi min əxtər,
Hərə yıldız arayır, bəxtinə hər ondan əsər,
Gözləyir, mənzərəsi etdi məni zirü zəbər,
Nöh fələkdən hanı bir namü nişan, gülməlidir.

Parçalar gördüm uçur hər tərəfə sərgərdan,
Bilmək olmaz belə tedadını milyon-milyon,
Hamı biheysü şüur etmədə daim dövran,
Ədəmi-nəzmü nizam əqlimi qılmış heyran,
Nə demək, Əqrəbü Covza o həmin ya Sərətan,
Vəhmdir həpsi xəyalat, inam, gülməlidir.

Göyü, əflaki burax, ərzdən et əzmi-kəlam,
Bu nədir fırlanıyor ortada top kimi müdam?
Milyon illər yüyürür, ləmhə də tutmaz aram,
Milyon illər edəcəkdir yenə süğlündə dəvam,
Neyçün, aya, nəyə lazım bu təkapu, bu xüram?
Əqlin olsun, necə gör bu dəvəran gülməlidir.

Parça bir cismi-müdəvvərdə doğulmuş insan,
Bir taqım gəlmədədir, bir taqım ifnayə rəvan,
O gələnlər, yaşayanlar gedəni görməz, aman!
Bu nə qəflət? Səbəbi rəngdir, ey adəmiyan!
Rəng qoymuş bu kiçik şeyləri həp sərgərdan,
Hirsü sövda buna heç verməz aman, gülməlidir.

Görə bildinmi bu aləmdə sədaqətdən əsər?
Kimdə gördün? Nə zaman? Ver bizə də bari xəbər!
Müstəiddirmi sanırsan şərəfə, sidqə bəşər?
Hansı bir qüvvə bunu qılmış ona müstəhzər?
Bəlkə mən səhvdəyəm, səhvimi vazeh göstər,
Yoxsa bu səndəki hiddət, xəfəqan gülməlidir.

Bu nikbinlik, bu təcahül, bu ğəram ağlamalı!
Xalq təhzibinə manedi, müdam ağlamalı!
Hamı məmnundur özündən, bu tamam ağlamalı!
Hamı vermiş fərəsi-nəfsə lücam, ağlamalı!
Xasü am ağlamalı, püxtəvü xam ağlamalı!
Bunu inkar eləyən mötərizan gülməlidir.

Rəng bu dəhrdə təmkin eləmişdir bəşəri,
Gəlməz heç guşədən aləmdə ədalət xəbəri,
Al da tətbiq elə bir “Timon Afinli” əsəri,
Gör Şekspir nə deyir, hikmətin ali pədəri:
Rəngdir, rəng – deyir, xilqətin ancaq səməri,
Sarı bir rəngdə boyanmış bu cahan, gülməlidir.

Rəngi anlatdı mənə təcrübələr çox əyyam,
Nerəyə baxdım isə rəng göründü mənə tam,
Bircə misrədə qoyub Xasə bütün bəhsə xitam:
“Hər kəsi ruzi-behi mitələbəd əz əyyam”,
Cam doldur mənə, ey saqiyi-şəngül, mənə cam,
Mənü sən gülməliyiz, pirü cavan gülməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma