İmarət Cəmilli – CAN,MƏDƏN ŞƏHİDLƏRİ !

Standard

soma

Ey ürək,dil,aç,danış,
Qardaş dərdinə alış.
Sizə kim dedi,alış-
Yan,Mədən şəhidləri?
Can,Mədən şəhidləri!

Gündüzü oldu gecə,
Qəm ilə doldu gecə,
Bilməm açıldı necə?
Dan,Mədən şəhidləri
Can,Mədən şəhidləri!

Gəldi ölüm mələyi,
Soldurdu çox diləyi,
Hamımızın ürəyi,
Qan,Mədən şəhidləri,
Can,Mədən şəhidləri!

Ciyəri bişən anan,
Milyon dəfə dedi,can.
Təsvir etdim bircə an,
An,Mədən şəhidləri,
Can,Mədən şəhidləri!

Qəlbimi yaxdı acı,
Nədir,nədir əlacı?
İmarəti bir bacı,
San,Mədən şəhidləri,
Can,Mədən şəhidləri!

Azərbaycan Respublikası,Xocalı rayonundan məcburi köçkün.
(Türkiyənin Soma şəhərindəki,kömür mədənində baş verən faciədə şəhid olan qardaşlarıma…)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma