SÜLEYMAN RÜSTƏM – ANA

Standard

f014

Qadın mahnımızın nəqəratıdır,
Böyük eşqimizin kainatıdır;
Yoldaşdır, anadır, bacıdır qadın,
Bəşərin başının tacıdır qadın.
Analar laylalar bəstəkarıdır,
Bütün yer üzünün iftixarıdır.
Ana müqəddəsdir, əzizdir ana,
Qəlbi təmizlərdən təmizdir ana.
Ana dilimizin anasıdır o,
Böyük həqiqətlər mənasıdır o.
Həyatda ilk addım atanda övlad
Deyin ana qədər sevinən hanı?
Onunla xoşbaxtdır, onunla da şad,
Balaya bağlıdır ananın canı.

Ey mənim vicdanım, ey anam qadın,
Gözümdə ucadan ucadır adın.
Bilin tükənməzdir mənim nifrətim
Ana qayğısını unudanlara.
Yerdən göyəcəndir mənim hörmətim
Ana ürəyində yer tutanlara.
Hamımız vəfalı bir övlad təki
Ana qucağına gülşən deyirik.
Ana gör nə qədər müqəddəsdir ki,
Vətənə anamız Vətən deyirik.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma