MƏMMƏD İSMAYIL – İLK BEŞİK, İLK YUVA

Standard

Məmməd İsmayıl10

İlk beşik, ilk yuva ana qucağı;
Övlad bir işıqdır, ana bir ocaq:
Uzağa düşdünmü, Vətən torpağı
Səni səsləyəcək, haraylayacaq.

Nədir o könlünü oyadan həvəs,
Ömrün ilk baharı yadında varmı?
Ana laylasıyla içirilən səs,
Dünya qayğısıyla unudularmı?!

Kükrəyir köksünün Kür məhəbbəti,
Araz da qəlbinə qan verən damar.
Uzağa düşdünmü, Vətən həsrəti
Yuxunu qaçırar, qəlbinə damar…

Hayanda kəsilib göbəyin sənin,
Hayanda ilk dəfə iməkləmisən,
Kiməsə ilk dəfə « ana » demisən,
Atlanar o yerə ürəyin sənin.

Ulu qalalarım çarpan ürəkmiş,
Sərhəd ayrıcında, qaya başında.
Mən indi bildim ki, necə gərəkmiş
Mənə, ayağıma dəyən daşın da.

Ey Vətən, sevginə sözüm yox sənin,
Sən varsan, dünyada cavan çağım var!
Ey Vətən, ömründə gözüm yox sənin,
Bir qarış yerindən umacağım var!

İlk beşik, ilk yuva – ana qucağı,
Ana bir ocaqdır, övlad bir işıq.
Səni duymaq üçün, Vətən torpağı,
Qoynundan kənara çıxmalıymışıq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma