HÖKÜMƏ BİLLURİ – ANAMA QURBAN OLUM

Standard

025

Anama qurban olum, anam yaradıb məni,
Ürəyimin yerinə bir dağ qoymuş elə bil.
Anam sevdirmiş mənə bu eli, bu Vətəni,
Ürəyimin başına çıraq qoymuş elə bil.
Dözümlüyəm, həssasam,
Düşünənəm, qananam.
Özgələrin dərdinə
Dərdim kimi yananam.
Qızılpərəst, pulpərəst,
Şöhrətpərəst deyiləm.
Məğruram anam kimi,
Mümkün deyil dünyada
Bir kimsəyə əyiləm.
Gözlərimin giləsi,
Almazdan doldurulmuş.
Bu dünya gözlərimdə
İşıq gölüdür tamam.
Dağlar, düzlər, dənizlər,
Çöllər şerimə ilham.
Anama qurban olum,
Gözəl yaradıb məni,
Dişlərim mirvaridir,
Bu, anamın töhfəsi,
Bu, anamın varıdır.
Mənə vermiş bu varı.
Həyat yolum anamın
Öz ömür yollarıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma