Qənirə Paşayeva – Qarabağ

Standard

Mənim yaralı anam, Qarabağ
Mənim gözüyaşlı anam, Qarabağ
Türk yurdu,imanlı qədim Qarabağ
Xan qızı,Şuşalı gözəl Qarabağ

Düşmən tapdağında qoymarıq səni,
Kafir caynağında qoymarıq səni,
Həsrətin qoynunda qoymarıq səni,
Müqəddəs andımız canım,Qarabağ

Yetər dünya!Bir gör artıq!
Günahsızı,günahkarı,qan tökəni,axan qanı
Əsir olan çocuqları,girov qalan anaları,
Viran olan yuvaları,xanaları

Yetər dünya! Bir gör artıq!
O günahsız qadınların, çocuqların axıdılan qanlarını
Köçkünlüyə məhkum olmuş milyonların,
Boynu bükük çocuqların gözlərini,kədərini

Duysun düşmən bilsin hamı!
Qalmayacaq bu ah yerdə!
Qalmayacaq bu qan yerdə!
Qarabağım yad əllərdə!
Qarabağım düşmən əldə!

Dönəcəyik evimizə,dönəcəyik yurdumuza
Sökəcəyik biz bu yolda qarşımızda hər nə varsa
Dönəcəyik Qarabağa,türk yurdumuz elimizə
Güneyliyik,Quzeyliyik,Təbrizdənik,Bakıdanıq
Borçalıdan,Dərbəndənik,Anadolu,Kərkükdənik
Biz hamımız sənin üçün Qarabağlıyıq,
Biz hamımız sənin üçün bir sevdalıyıq

Yetər dünya!Dünya gərək dada yetsin!
Qaçqınların harayları bir doğmaya,yada yetsin!
Varsa əgər, bu dünyada ən adil insana getsin

Düşünən Türk səni deyir,səni anır
Ürəksizə yaxın-uzaq,ürəkliyə uzaq-yaxın
Sevgimizi döndəririk axın-axın sənin üçün,QARABAĞIM

Mus: Z.Tağıyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma