Hədiyyə Şəfaqət – SON ŞEİR

Standard

Hədiyyə Şəfaqət1

Sən ey dönük adam,
Vəfasız adam
Qəlbi sönük adam
İşıqsız adam
Dili acı adam,
Qılıqsız adam
Dünənsiz, bu günsüz,
Sabahsız adam-
Səni sevirəm….

Bir az gizli adam
Bir az sirr adam
Həsrəti, ümüdü bəlli olmayan
Ay çətin məsələ,
Həlli olmayan
Nifrəti, qəzəbi içində adam
Sevinci, kədəri dərinliyində,
Çözə bilmədiyim biçimdə adam-
Səni sevirəm….

…Qoy qoyum başımı
Köksünə,
Susum
Dillənsəm xəyallar diksinər,
Susum…
Sən ey sükut adam
Sən ey ruh adam
Bütün dincliyimi qaçıran adam
Sən ey doğma adam,
Sən ey yad adam
Ev adam, çöl adam
Uçurum adam-
Səni sevirəm…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma