Leyla Faiqqızı – TÜRK OĞLU ATATÜRKÜM

Standard

aa çizim Teymur Rzayev

Türkün böyük öndəri,
Xilaskarı, lideri,
Unudulmaz rəhbəri,
Türk oğlu Atatürküm!
Çətinliyə qatlaşıb,
Apardın mübarizə
Cümhuriyyət yaratdın
Ərməğan etdin bizə,
Türk oğlu Atatürküm!
Yaratdığın məmləkət
Bizə olub yadigar
Qoy daima var olsun!
Bu əbədi səltənət,
Nə qədər ki biz varıq,
Nə qədər türk xalqı var,
Yaşa, öndərim yaşa,
Türk oğlu Atatürküm!
Qarşında baş əyilir,
Tutulur adın uca,
Adın tarixdə qalsın
Bütün zaman boyunca,
Xatırlarıq rəhmətlə
Adını, ulu türküm,
Türk oğlu Atatürküm!
Bütün türk dünyasında
İki dahi rəhbər var:
Biri Heydər Əliyev!
Biri Mustafa Kamal!
Türk xalqı var olunca
Adınız yaşayacaq,
Hörmətlə xatırlanıb
Ruhunuz şad olacaq…
Var olsun türk xalqımız,
Var olsun ulu millət!
Bizlərə örnək olub
Yaratdın Cümhuriyyət,
Türk oğlu Atatürküm!
Türk dövləti bölünməz,
Türk milləti də ölməz,
Nə qədər bu dünya var,
Tarixin yaddaşından
Sənin adın silinməz!
Öndərisən türklərin,
Rəhbərisən millətin,
Atası ulu türkün,
Türk oğlu Atatürküm!

İş: Teymur Rzayev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma