Furqan Sadıq

Standard

Furqan Sadıq1

(Bir qocanın saatsaza oxuduğu şeir)

Gəl zamana tərif verim,
sən də otur, qulaq as…
Divardakı saatlardan
birin götür, qulaq as…

Saatlar məcburdu vaxtın
leşini daşımağa…
Elə vaxt olur vaxt olmur
başını qaşımağa…

Ölərmi əqrəbi geri
dönsə saatlarının?!
Mən günlərimi sayıram,
sənsə saatlarını…

* * *

Əyildin…
Ömür boyu
onun-bunun qarşısında
səcdə edib əyildin…
Yox, səcdəyə bənzəmirdi
sənin bu əyilməyin –
nəsə əcaib idi…
Lap biədəb əyildin,
lap qəribə əyildin…
Sən əyilməyində ol!
Ömür də ötüb keçdi,
gün qüruba əyildi…
Daha qəm yemə, ağlama –
nə xeyri?!
Uzun sözün qısası,
səhv yaşamısan ömrü…
Gəl sənə məsləhət verim,
bax belə:
gəl sonuncu dəfə əyil,
bir səhv səcdəsi elə!
Vəssalam…

One response »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma