Nəriman Gasimoglu – SƏNDƏDİR

Standard

017

Varlı Tanrım, var olandan hər nə varsa Səndədi,
Hər dəm içrə aşiqanə nə ararsam Səndədi.

“Ol” dedin aləmlərə oldu bir anda, şəninə
Həmdi-sənam mənzilinə gər çatarsa Səndədi.

Yatmış idim, Sən oyatdın, sirrini faş eylədin,
Bildim axır hardasa bir sirr yatarsa Səndədi.

Nurunun hökmüylə gəldi hasilə güvənliyim,
Day nə qorxum gəlsə zülmət, gün batarsa Səndədi.

Vəhyinə möhtacdı könlüm lütf elə bu bəndənə,
Endir ayətlərini birər-birər, say Səndədi.

Yeddi göyün yeddi vərəq, hopmuşam Kitabına,
O böyük Gün öncəsində qatlanarsa Səndədi.

Büdrəmək yox eşq yolunda çün Sən oldun yar mənə,
Ürəyi Nərimanın hey atlanarsa Səndədi.

One response »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma