AFAQ ŞIXLI – SƏSSİZ LAYLALAR

Standard

206

– Gün olub ömrünə işıq saçsaydım!
Quş olub göylərdə azad uçsaydım!
Sədaqət bağında çiçək açsaydım,
Məni qoparmazdı yel, şəhidəm mən!

– Kaş, külək olaydım tellərin üçün,
Bir çiçək olaydım əllərin üçün.
Mənsiz yaşanacaq illərin üçün
Ağlama, gözünü sil, şəhidəm mən!

– Bəxtimiz yazılıb ağlı-qaralı…
Səni qoyub getdim qəlbi yaralı.
Torpaq altındayam… səndən aralı!
Aparacaq məni sel, şəhidəm mən!

– Elə bil min ildir öz yaşım mənim…
Torpağa qarışdı göz yaşım mənim…
Bir məzar daşıdır yoldaşım mənim,
Son dəfə üzümə gül, şəhidəm mən!

– Dünyanı kim tutmuş… hamı qonaqdır!
Gördüyüm əzablar bəlkə sınaqdır?!
Həsrətə dözənin sevdası haqdır!
Səni sevdiyimi bil, şəhidəm mən!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma