Elmar Şahmar – Sevgi nəğmələri – Əlvida, gedirəm

Standard

elmar şahmar1

Son dəfə səsini eşitmək üçün,
Əyib qürurumu zəng edirəm mən.
Hər şeyi demişəm, qalıb bircə söz,
Əlvida, həyatım, çıxıb gedirəm.

Sən doydun sevgidən, mən qalmışam ac,
Bir şirin sözünə olmuşam möhtac,

Hər şeyi sınadım, qalıb tək əlac,
Əlvida, həyatım, çıxıb gedirəm.

Uca eşq dağından heç enməyəcəm,
Eşq üçün yanacam, heç sönməyəcəm,
Bir gün çağıracan, bil dönməyəcəm,
Əlvida, həyatım, çıxıb gedirəm.

Dünya bir teatr, həyat tamaşa,
İstədim yaşayaq birlikdə, qoşa,
Seçdin tənhalığı, indi tək yaşa,
Əlvida, həyatım, çıxıb gedirəm.

Dəniztək hey coşub, hey çağlasan da,
Vəfasız qəlbini hey dağlasan da,
Geriyə yol yoxdur, hey ağlasan da,
Əlvida, həyatım, çıxıb gedirəm.

Bir çayam, bu yerdən axıb gedirəm,
Son dəfə şəklinə baxıb gedirəm,
Bütün keçmişimi yıxıb gedirəm,
Əlvida, həyatım, çıxıb gedirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma