MƏMO BƏY MƏMAİ

Standard

007 (2)

Bir bikəsi-zarəm, vətənimdə vətənim yox,
Bir bülbüli-bibalü pərəm, vay, çəmənim yox!

Mən sahibi-hər məcməi, hər əncümən oldum,
Əfsus, nə bir cəm, nə bir əncümənim yox.

Viranə qalıb “Məhfili-üns”üm, dağılıbdır,
Nə yar, nə qəmxar, nə bir həmsüxənim yox.

Bir guşeyi-bağ içrə qalıb bikəsü tənha,
Nə bir soran əhvalımı, nə bir gələnim yox.

Əfsus, bu məxluq hamı kurü kar olmuş,
Nə bir görənim var, nə bir dilbilənim yox.

Xunabi-ciyər caridi gözdən gecə-gündüz,
Ruxsara axan göz yaşımı bir silənim yox.

Göz ilə qulaqdan çəkərəm zəhməti-bihədd,
Ruhani əziyyətlər üçün tabi-tənim yox.

Bir yanda vətən təhlükəsi canımı almış,
Bir fəhra edənim, anlayanım, dərk edənim yox.

Ərbabi-kəmalat zamanı getdi, Məmai,
Qaldım bu bəla dəştdə, imdad edənim yox.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma