ŞAHBUZ RAYONU

Standard

sahbuz

ŞAHBUZ RAYONU – Naxçıvan Muxtar Respublikasının şimalında yerləşir. Bura dağlıq ərazidir. Ən yüksək nöqtəsi SALVARTI (3160 metr), KEÇƏLDAĞdır (3115 metr), BİÇƏNƏK dağ aşırımı da buradan keçir.
Muxtar respublikanın bütün ərazisində olduğu kimi, burada da çoxlu yeraltı sular, o cümlədən BADAMLI, BATABAT, KARVANSARA, BİÇƏNƏK mineral sular axır. Burada kükürd, tikinti materialları, torf yataqları var. NAXÇIVANÇAY və onun qolları: KÜKÜ, ŞAHBUZ, SALVARTI axır. Göllər – QANLIGÖL, BATABAT. Dağlarda meşə massivləri var.

ŞAHBUZ ŞƏHƏRİ – rayonun inzibati mərkəzidir. Şəhərin həndəvərində qədim maraqlı bir abidə aşkar edilib. Xalq arasında bura Nizaminin “Fərhad və Şirin” poemasının qəhrəmanının adı ilə “Fərhadın evi” adlandırılır. Əslində bu qədim insanın yurd yeridir və o qədər də adi görünüşə malik deyil: dağın daş-divarında “verandası” olan 4 otaq yonulmuşdur. Arxeoloqlar tərəfindən qədim hakimin adını daşıyan “Şahpur” qalasının da xarabalıqları tapılmışdır. Hesab edilir ki, bu ad zaman keçdikcə “Şahbuz” şəklini almışdır.

QARABAĞLAR kəndində məşhur QARABAĞLAR məqbərəsi yerləşir. Bağlarla, qədim, lakin bu gün də işləyən kəhrizlərlə əhatəyə alınmış bu kənd ZƏNGƏZUR sıra dağlarının ətəyində yerləşir. Burada bürcləri olan istehkamların və su təchizatı sisteminin olması bu yaşayış məntəqəsinin qədim mənşəyindən xəbər verir. Belə bir ehtimal var ki, XVII yüzil əlyazmasında adı xatırlanan “10 min evi, 70 məscidi, onlardan 40-ı minarəli, QARABAĞLAR ŞƏHƏRİ” haqqında qeyd bu kəndə aiddir.
Burada yerli sakinlərin evində qonaq qalmaq olar. Badamlı mineral suyunun doldurulduğu zavodun yanında “Badamlı” istirahət zonası tikilmişdir (1400 metr yüksəklikdə).

One response »

  1. Men bileni, Qarabaglar kendi evveller Serur rayonunun terkibinde idi. Sonradan Umummilli liderimiz H. Eliyevin serencamindan sonra Kengerli rayonu yaradildi ve hemin kend Kengerli rayonunun terkibine daxil oldu. Belke de Sahbuzun da Qarabaglar kendi var? Amma men bilmirem. Tesekkurler edirem………………………………….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma