ORDUBAD RAYONU

Standard

ordubad1

ORDUBAD RAYONU şimalda və şərqdə Ermənistanla, cənubda – İran İslam Respublikası ilə həmsərhəddir. NMR-in şərq hissəsində yerləşir.

İqlimi təzadlıdır – soyuq qış, qızmar yay. Burada zəngin fauna və flora, heyrətamiz dərəcədə təmiz hava, çoxlu dərman bitkiləri və meyvələr yetişir. Bürünc dövrünün çoxlu tarixi abidələri: daş qoç heykəlləri, SABİR kəndində eramızdan öncə II-I minilliklərin yaşayış məskəninin qalıqları, AZA kəndi yaxınlığında qədim GİLAN şəhərinin xarabalıqları, KİLİT, VELAVER, ƏYLİS, AZA, KOTAM, BİLƏV, VƏNƏND kəndlərində orta əsr tikililəri, qədim ANABAD şəhərinin xarabalıqları, ANDEMİC kəndi yaxınlığında ŞAHTAXTI bürcü, XIX əsr məscidi, DƏR kəndi yaxınlığında XIV yüzil məqbərəsi, AZA kəndi yaxınlığında 1826-cı ildə tikilmiş körpü, DƏR kəndi yaxınlığında XIV yüzil hamamının xarabalıqları və bir çox tarixi abidələr qalır.

Ordubaddan 60 km cənubda GƏMİQAYAda eramızdan öncə III-II minilliklərə aid nadir petroqliflər qorunub-saxlanmışdır. Burada adamları, məişət, ov səhnələrini, real və fantastik heyvanları təsvir edən minlərcə şəkil var.
ORDUBAD ŞƏHƏRİ – Ordubad rayonunun inzibati mərkəzidir. Bu, Naxçıvan Muxtar Respublikasının böyüklüyünə görə ikinci şəhəridir. Şəhər XII yüzildən məlumdur, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Onun qədimliyi, çox sayda tarixi abidələrin mövcudluğu, yeni tikililərin onun xarici simasını demək olar dəyişdirmədiyi, sakinlərin qorunub-saxlanmış həyat tərzi səbəbincə, Ordubad şəhəri dövlət tarix memarlıq qoruğu elan edilmişdir.

Tarixi abidələri: nadir arkalı ön görünüşü olan CÜMƏ MƏSCİDİ, DİLYAR MƏSCİDİ, ƏFQAN BÜRCÜ və XVIII yüzil eyvanı, çoxlu sayda qədim sərçeşmələr, dairəvi qübbəli örtülü QEYSƏRİYYƏ ticarət kompleksi (XIX-XX yüzillər) XVIII yüzil buzxanası və məscidi ikimərtəbəli mədrəsə və bir çox digərləri.
Bu kiçik şəhərin nə kimi gözəlliyə malik olduğunu, qədim çağların təbii ətrini necə qoruyub-saxladığını başa düşməkdən ötrü Ordubadı görmək lazımdır. Ağlasığmaz dərəcədə nəhəng, gövdəsinin dairəsi 8 metr olan qocaman çinarların əmələ gətirdiyi kölgəliklərdə adamlar əyləşib tələsmədən söhbət edirlər, nadir məscidlər, ovdanlar, kəhrizlər – bütün bunların hamısının öz nadir özəllikləri var. Bu, qədim milli həyat tərzinin gözəlliyini qoruyub-saxlayan müasir insanların yaşadığı bir şəhərdir.

Burada zəngin ekspozisiyası olan tarix, diyarşünaslıq muzeyi, teatr, Azərbaycan ədəbiyyatında tarixi-romantik canrın əsasına qoyan yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyi fəaliyyət göstərir. Akademik Yusif Məmmədəliyevin – Azərbaycan Elmlər Akademiyasının ilk prezidentlərindən birinin, Azərbaycan neft-kimyasının banisi, parlaq yaradıcı şəxsiyyətin, elmin təşkilatçısının, fəaliyyəti sayəsində Azərbaycanın İkinci Dünya müharibəsi zamanı Hitler faşizminin darmadağın edilməsinə əvəzsiz töhfə vermiş bir insanın doğulduğu evdə bərpa işləri aparılır.
ORDUBADDA yerli sakinlərin evlərində qalmaq olar.

ordubad

One response »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma