KƏNGƏRLİ RAYONU

Standard

kengerli

KƏNGƏRLİ RAYONU – Babək və Şərur rayonlarının arasında yerləşir. Rayonun cənub hissəsi İranla, şimalı – Ermənistanla həmsərhəddir. Rayon dağlıq relyefə malik olmaqla, DƏRƏLƏYƏZ dağlarında yerləşir.
Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhəddi boyunca Araz çayı axır.
Dağlıq relyef, iqlimin xüsusiyyətləri və kiçik çayların olmaması yerli bitki örtüyünü şərtləndirir. Onlar əsasən, yarımsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur.

Bu kənd təsərrüfatı rayonunda tütün, üzüm, dənli bitkilər, tərəvəz və bostan məhsulları yetişdirilir.

Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhali ilə məskun olduğundan xəbər verir: ÇALXAN QALA kurqanları, QAZMA mağarası, eləcə də QALACIQ, GOVURQALA, DAMLAMA, QULAMLITƏPƏ, BALATƏPƏ yaşayış məskənləri.
Sonrakı dövrlərin salamat qalmış abidələri: XOK kəndində CAME MƏSCİDİ (XVIII yüzil) və ŞAHTAXTI kəndində hamam (XIX yüzil).

QIVRAQ qəsəbəsi – 2004-cü ildə yaradılmış bu yeni rayonun inzibati mərkəzidir. Qıvraq Naxçıvan-Şərur şossesi üzərində, diyarın paytaxtı Naxçıvan şəhərindən 30 km aralıda yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir.
Rayonun inzibati mərkəzi statusunu təzəlikcə alması ilə bağlı olaraq Qıvraq qəsəbəsində hələlik turistlərin qəbulu üçün infrastruktur yoxdur. Lakin, burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.

One response »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma