CULFA RAYONU

Standard

culfa

CULFA RAYONU – Naxçıvan şəhərindən şərqdə yerləşir. Yayda burada quru və isti, qışda çox soyuq olur. İldə 220-600 mm-ə yaxın yağıntı düşür. Burada ƏLİNCƏ, QARDƏRYA, eləcə də ARAZ (İranla sərhəd boyunca) çayları axır. Culfa yolu boyunca dağlar olduqca gözəl və özünəməxsusdur – geoloji faktor (süxurların tərkibi, onların yaşı və s.) xarici görünüşə təsirini göstərib – zahirən dağlar nəhəng, qübbəvari, fantastik tikililəri xatırladır.
CULFA dağlarında meşə massivlərinə rast gəlinir, meşələrdə fıstıq, vələs, palıd bitir; faunanı canavarlar, tülkülər və dovşanlar təmsil edirlər.

Araz çayının sahilində qədim tikililərin xarabalıqları qalmışdır. Bunlar – Azərbaycan ərazisində ən qədimi sayılan XIII yüzil karvansarası, Naxçıvan xanı, hakim Ziyaəddinin əmri ilə XIV yüzilin əvvəlində salınmış körpünün qalıqları CUQA kəndi yaxınlığında kiçik GÜLÜSTAN məqbərəsi (XIII yüzil), DƏR kəndi yaxınlığında daha üç qədim məqbərə – onlardan bürclü məqbərə daha yaxşı vəziyyətdədir (XV yüzil). O cümlədən, ƏLİNCƏ qalası (XII-XIII yüzillər) və bir çox digər abidələr və qədim tikililərin qalıqları göstərilə bilər.
Rayonun ərazisində çoxlu (40-a yaxın) su qaynaqları və bulaqlar mövcuddur. Onlardan biri, DARIDAĞın ətəklərindəki bulaq gündə 500 min litrə yaxın güclü minerallaşdırılmış su verir.

CULFA ŞƏHƏRİ Araz çayının sahilində, İranla sərhəddə yerləşir. Azərbaycan CULFAsına demək olar simmetrik şəkildə Arazın o biri sahilində, eyni ilə CULFA adlanın İran şəhəri yerləşir. Keçmişdə İrandan Şirvana, Gürcüstana, Dağıstana gedən qədim karvan yolu buradan keçirdi. İndi burada sərhəd nəzarət buraxılış məntəqəsi yerləşir. Burada dəmiryol vağzalı yaxınlığındakı “Araz” mehmanxanasında qalmaq olar. Elə orada restoran da var. “Gülüstan” restoranında və “Eldar” kafesində də nahar edə bilərsiniz.

One response »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma