Baladdin Vesho – Ay bahar

Standard

f207

Bənövşə açıldı, müjdə gətirdi,
sorağına heyran oldum, ay bahar.
Bu xəbər könlümü vəcdə gətirdi,
marağına heyran oldum, ay bahar.

Dağların başında tülün bir aləm,
dumanlı dərədə selin bir aləm,
yam – yaşıl çəməndə gülün bir aləm,
xoş çağına heyran oldum, ay bahar.

Baxışı gül açdı nəzər salanın,
günahı yoxdu ki gözü qalanın,
ağac budağında sərçə balanın,
otağına heyran oldum, ay bahar.

Fusunkar ətirlər qoxuya bilən,
sən canlı hanalar toxuya bilən.
Ən şirin nəğmələr oxuya bilən,
dodağına heyran oldum, ay bahar.

Ağaclar budaqlı olsa, gözəlmiş,
budaqlar yarpaqlı olsa, gözəlmiş.
Təbiət növraqlı olsa, gözəlmiş,
növrağına heyran oldum, ay bahar.

Bəstəkar not yığır bulaq səsindən,
rəssam çalar gəzir gül çöhrəsindən,
şair ilhamlıdır söz həvəsindən,
varağına heyran oldum, ay bahar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma