Nolaydı, fələk, cevgili cananə yetəydim,
Cananə yetib, mən də şirin canə yetəydim.
Min bir təbibin gəlmədi bir hikməti karə,
Yarın qovuşub vəslinə, dərmanə yetəydim.
Yarın üzünün Nurudur aləmlərə rövnəq,
Ol Gün üzə, ol Ay üzə pərvanə yetəydim.
Məcnunu bilibdir hamı səhralərə sakin,
Səhralərə mən mən kimi divanə yetəydim.
Damla deyirəm mən özümə, yarıma ümman,
Arzum çin olaydı, gedib ümmanə yetəydim.
Dünya tanımır mən deyilən bir kəsi, ey dil,
İmza qoyub öz rahimə, ünvanə yetəydim.
Yavər, məni dərk eyləyər ancaq mən olan kəs,
Sinəmdə ürək misli bir insanə yetəydim.
Advertisements