CABİR NOVRUZ – ALLAHA YALVARIŞ

Standard

024

Allah, insan yolun azıb, tamam gedir əldən Allah,
Qaytar onu bu yaramaz yoldan, Allah.
Öz əliylə qəbir qazır özünə o,
Öz-özünü edib insan özünə ov.
Böyük insan dönüb olub kiçik insan,
İnsan qanı içir insan…
Sənə olum qurban, Allah,
Qaytar onu bu qorxulu yoldan, Allah.
Sən gətirdin hamımızı bu cahana,
Sən həm ata, Sən həm ana,
Sən etmisən xilqət bizi.
Sən qadirsən bu bəd yoldan döndərməyə əlbət bizi…
Səndən ayrı güman yoxdur,
Səndən ayrı heç qüvvəyə inam yoxdur…
Nəyə gərək say-hesabsız sürü, Allah,
Çox-çox ölü diri, Allah?..
Su tükənir, çörək qıtdır, hava çatmır,
Xəstələrə iynə, dərman, dava çatmır,
Qoyma yesin bir-birini bəni-adəm vəhşi olsun,
Qoy az olsun, yaxşı olsun…
Qonşumuzda neçə milyon yırtıcı var bəs deyilmi?..
Elə onlar dünya üçün az deyildir…
Tələs, sonra gec olacaq,
Yoxsa insan quduzlaşıb gic olacaq…
Yoxsa tamam gözlərimə qan gələcək,
Axır zaman gələcək…
Səsini kəs xəbislərin, yamanların,
Ələ bütün insanları…
Hamını qıl körpüsündən keçir, Allah,
Çölə çıxar murdarların için, Allah…
Sənin buna ixtiyarın, iqtidarın çatır, Allah,
Ey hər şeyə qadir, Allah…
Yalvarıram Sənə, Allah,
Yoldan çıxsam hətta susdur məni, Allah.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma